• cümə, 19 Aprel, 11:42
  • Baku Bakı 13°C

Prezident: “Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq, birlik ən yüksək səviyyədədir”

31.10.17 15:35 724
Prezident: “Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq, birlik ən yüksək səviyyədədir”
"İki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir. Dünyada bir-birinə bu qədər yaxın olan, dəstək verən başqa ölkələr yoxdur”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidentiİlham Əliyevdeyib.

Dövlət başçısı bildirib ki, iki ölkə arasında dostluq, qardaşlıq, birlik ən yüksək səviyyədədir: "Müzakirə olunan məsələlərlə bağlı aramızda fikir birliyi var. Bütün müzakirə olan məsələlər həyatda öz həllini tapır. Siyasi əlaqələr uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər olur. Mən bu il iki dəfə Türkiyədə səfərdə olmuşam. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Beynəlxalq təşkilatlar çərçivəsində də bir-birimizi dəstəkləyirik. Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanındadır”.

Prezident qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bölgə üçün böyük amildir və sabitləşdirici rol oynayır. Onun sözlərinə görə, TürkiyəRəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyada böyük gücə çevrilib, dostlar buna sevinir: "Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədi olacaq”.
banner

Oxşar Xəbərlər