• şənbə, 20 Aprel, 13:00
  • Baku Bakı 23°C

Prezident: “Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub”

18.01.17 13:30 989
Prezident: “Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub”
Azərbaycan prezidentiİlham Əliyevİsveçrəyə işgüzar səfəri çərçivəsində Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.
APA-nın məlumatına görə, CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib.
Prezidentİlham Əliyevisə Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğulayıb.
Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər