AZE | RUS | ENG |


Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir"

Prezident:
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevLatviya Respublikasının Seymində olub.
 
APA-nın məlumatına görə, prezident İlham Əliyevi Latviya Seyminin sədri İnara Murnietse qarşılayıb.
 
İnara Murnietse Seymin bir qrup deputatını prezident İlham Əliyevə təqdim edib.
 
Latviya Seyminin sədri prezident İlham Əliyevə Seymin fəaliyyəti barədə məlumat verib və iclas zalı ilə tanış edib.
 
Sonra xatirə şəkilləri çəkdirilib.
 
Dövlət başçısı Latviya Seyminin fəxri qonaqlar kitabını imzalayıb.
 
Daha sonra prezident İlham Əliyevin Latviya Seyminin sədri İnara Murnietse ilə görüşü olub.
 
Latviya Seyminin sədri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib.
 
Bakıya səfərini məmnunluqla xatırlayan İnara Murnietse Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərinin də ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağını vurğulayıb.
 
Öz növbəsində, prezident İlham Əliyev Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. Latviya parlamentinin sədri ilə Bakıda görüşünü məmnunluqla xatırlayan dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərə böyük töhfə verdiyini bildirib. Ölkələrimizin iqtisadi əlaqələrinin genişlənməsi üçün də yaxşı imkanların olduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, mədəniyyət, humanitar və turizm sahələrində də əməkdaşlıq üçün böyük imkanlar var. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar və beynəlxalq nəqliyyat layihələri barədə danışıb. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Latviyanın uğurla əməkdaşlıq etdiyini deyən prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunub, bu əlaqələrin dinamik inkişaf etdiyini bildirdi, Avropa İttifaqının Azərbaycanın enerji, qaz, nəqliyyat sahələrində irəli sürdüyü layihələri dəstəklədiyini vurğulayıb.
 
Latviya Seyminin sədri Avropa İttifaqında Azərbaycanı daim dəstəklədiklərini bildirib. Latviyanın mövqeyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsindən ibarət olduğunu deyən İnara Murnietse cəbhə xəttində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətli ilə nəticələnən son hadisədən təəssüfləndiyini bildirib, qeyd edib ki, əfsuslar olsun, cəbhə bölgəsində bu cür vəhşilik halları davam edir.
 
Prezident İlham Əliyev təmas xəttində mülki əhalinin qətli ilə nəticələnən son hadisələrdən danışıb, bu hadisə, həmçinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Latviyanın mövqeyinə görə minnətdarlığını bildirib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002