• şənbə, 20 Aprel, 00:48
  • Baku Bakı 15°C

Prezident ağladı, komandasını çempionatdan çıxardı - Video

03.07.17 14:30 1314
Prezident ağladı, komandasını çempionatdan çıxardı - Video
Çinin birinci divizionunda qalmaqal baş verib.
Kaspi.az xəbər verir ki, "Boadin İnli İtun” komandasının prezidenti Men Yun Li komandasını çempionatdan çıxarıb. Onun komandası 16-cı turda "Uhan”ı qəbul edib. Meydan sahibləri son dəqiqələrə qədər hesabda 2:1 öndə olublar.
Hakim qarşılaşmaya 7 dəqiqə əlavə edib və 4-cü uzatma dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin edib. Qonaqlar bu imkandan yararlanıblar və qarşılaşma 2:2 hesabı ilə nəticələnib.
Oyundan sonra mətbuat konfransı keçirən klub prezidenti Men Yunli göz yaşlarını saxlaya bilməyib və haqsızlığa etiraz əlaməti olaraq, çempionatı tərk etdiklərini deyib:
"Biz ədalət və təmiz oyun lazımdı. Başa düşürük ki, artıq oyunun nəticəsini dəyişmək olmaz. Ancaq biz bu məsələyə aydınlıq gətirilməsini istəyirik.
Çində futbola belə münasibət göstəriləcəyi halda, biz oynaya bilmərik. Mənim futbolçularımı kim müdafiə edəcək? "Boadin İnli İtun”a sadəcə, tüpürdülər.
Biz gedirik, belə davam edə bilməz. Bundan sonra oynamağımız üçün heç bir məntiq yoxdur”.
banner

Oxşar Xəbərlər