• cümə, 29 Mart, 05:53
  • Baku Bakı 7°C

Premyer Liqada komandaların sayı artdı

07.03.14 12:24 1169
Premyer Liqada komandaların sayı artdı
Trend-in məlumatına görə, iclasda Premyer Liqadakı legioner limiti məsələsi də müzakirə olunub. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Xəzər Lənkəran"ın baş məşqisi Mustafa Dənizli də tədbirdə iştirak edib və öz təkliflərini irəli sürüblər.
Müzakirələrdən sonra legioner limitinin dəyişdirilməsi qərara alınıb. Növbəti - 2014/15 mövsümdən etibarən komandalar 6+5 (6 legioner, 4 yerli və yaşı 21-i keçməmiş 1 yerli futbolçu) sistemi ilə meydana çıxacaqlar.
Xatırladaq ki, hazırda klublar qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemindən narazı idi və bu məsələyə yenidən baxılmasını istəyirdi.
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında 2014/15 mövsümü üçün Premyer Liqada komandaların say tərkibinin dəyişdirilməsi ilə bağlı qərar verilib.
Növbəti mövsümdən çempionatda 12 komandanın (hazırda 10 komanda) iştirakı qərara alınıb.
Bununla da növbəti mövsümdən birinci divizionda ən yaxşı nəticə göstərən iki komanda yüksək liqaya vəsiqə qazanacaq, Premyer Liqanlı tərk edən isə olmayacaq.
banner

Oxşar Xəbərlər