• cümə, 29 Mart, 18:27
  • Baku Bakı 14°C

Praqa Avropa Bank Təşkilatının qərargahını qəbul etməyə hazırdır

01.10.17 15:45 1521
Praqa Avropa Bank Təşkilatının qərargahını qəbul etməyə hazırdır
Praqa Avropa Bank Təşkilatının (EBA) mənzil qərargahına ev sahibliyi etmək üçün namizədliyini təklif edən şəhərlər sırasına daxil olub.
Xatırladaq ki, hazırda mənzil iqamətgahı Londonda yerləşən EBA "Brexit”dən sonra bu şəhəri tərk edəcək. Çexiya paytaxtından başqa, Frankfurt, Lüksemburq, Paris və Vyana da EBA-nın qərargahına ev sahibliyi etmək iddiasındadırlar.
Sentyabrın 30-da Avropa Komissiyası Avropa İttifaqı (Aİ) təsisatlarını öz ərazilərində yerləşdirməyi arzu edən namizədlərin siyahısını və namizədlər haqqında çatışmayan məlumatları dərc edib. Avropa Komissiyasının məlumatında göstərilir ki, hazırda Çexiyanın müraciətində Aİ strukturlarının əməkdaşlarının ailə üzvlərinə xidmət edəcək uşaq bağçaları, bu ailələrə tibbi xidmət və onların sosial təminatı haqqında məlumatlar yoxdur.
EBA-dan başqa, Avropa Əczaçılıq Agentliyi də Londondan köçürüləcək. Aİ üzvü olan ölkələr İttifaqın təsisatlarının köçürülməsi barədə qəti qərarı bu ilin noyabrında qəbul etməlidirlər.
banner

Oxşar Xəbərlər