• cümə axşamı, 25 aprel, 09:15
  • Baku Bakı 14°C

Portuqaliya yığması Konfederasiyalar Kubokunda bürünc medal qazanıb

02.07.17 20:19 959
Portuqaliya yığması Konfederasiyalar Kubokunda bürünc medal qazanıb
Bu gün Konfederasiyalar Kubokunda bürünc medalın taleyi həll olunub.

APA-nın məlumatına görə, Portuqaliya Meksika ilə üz-üzə gəlib.

Yarımfinalda Çiliyə oyun sonrası penalti seriyasında uduzan pirineylilər bu dəfə şansı əldən verməyiblər.

Oyunun ilk dəqiqələrində penalti şansı əldə edən Avropa çempionları bu şansdan yararlana bilməyiblər. Hesabı isə Meksika açıb. 90 dəqiqəyə əlavə olunmuş 3-cü dəqiqədə bərabərlik qolunu vuran Pepe komandasını məğlubiyyətdən xilas etməklə matçı əlavə vaxta aparıb.

Əlavə olunmuş vaxtın ilk hissənin sonunda qarşılaşmanın əvvəlində penaltidən istifadə edə bilməyən Silva növbəti belə şansı əldən buraxmayıb. Bu isə komandaya Konfederasiyalar Kubokunun bürünc medalını qazandırıb.
banner

Oxşar Xəbərlər