AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Portuqaliya və Polşa “Eurovision”dan çəkilir

Portuqaliya və Polşa “Eurovision”dan çəkilir

Mədəniyyət
26 Noyabr 2012, 12:10 1386
İqtisadi böhran içərisində olan bəzi ölkələr “Eurovision” Mahnı Müsabiqəsindən çəkilir. Portuqaliya və Polşa İsveçin Malmö şəhərində keçiriləcək müsabiqədən çəkildiklərini açıqlayıblar.

“Azadinform” TRT-yə istinadən xəbər verir ki, hər iki ölkə iqtisadi səbəbləri əsas gətirib. Portuqaliya bu qərarıyla son 48-ci ildə üçüncü dəfə müsabiqədə iştirak etməmiş olacaq. Bu ölkə indiyə qədərki ən yaxşı göstəricisini 1996-cı ildə əldə edib - Portuqaliya nümayəndəsi müsabiqədə altıncı yeri tutub. Son iki ildir “Eurovision”da iştirak etməyən Polşa isə ən yaxşı nəticəni 1994-cü ildə (ikinci yer) qazanıb.