• cümə, 19 Aprel, 08:02
  • Baku Bakı 13°C

Portuqaliya səfiri: Regiondakı mürəkkəb geosiyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nəticəsidir

29.03.17 16:45 770
Portuqaliya səfiri: Regiondakı mürəkkəb geosiyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nəticəsidir
Portuqaliya Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir.
Bunu Trend və "Azernews"a müsahibəsində Portuqaliyanın Azərbaycandakı səfiri xanım Paula Leal da Silva deyib.
Onun sözlərinə görə, hazırda regionda mövcud olan mürəkkəb geosiyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nəticəsidir.
Səfir, həmçinin münaqişənin həlli yollarının tapılmasında ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini vurğulayıb:
"Biz inanırıq ki, gələcək danışıqlar münaqişənin uzunmüddətli əsasda sülh yolu ilə həllinə gətirib çıxaracaq”.
banner

Oxşar Xəbərlər