• çərşənbə axşamı, 19 mart, 14:27
  • Baku Bakı 8°C

Portuqaliya mətbuatı "Əli və Nino" filmi haqqında yazır

17.04.17 10:10 1228
Portuqaliya mətbuatı "Əli və Nino" filmi haqqında yazır
Portuqaliyanın "sapo.pt” portalı "Əli və Nino: Müharibə məhəbbətə qarşı" sərlövhəli məqalə yayıb.
Yazıda bildirilir ki, "Əli və Nino" filmi XX əsrin əvvəlində Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, Birinci Dünya müharibəsi fonunda müsəlman şahzadə Əli və gürcü qızı Nino arasında yaranan məhəbbət haqqında əfsanədir. Filmin ərsəyə gəlməsində dünyanın müxtəlif ölkələrindən olan peşəkarların iştirakı xüsusi vurğulanır.
Məqalənin müəllifi Manuel Halpern filmin bədii tərəfləri haqqında bəzi tənqidi fikirlər bildirməklə yanaşı, "Əli və Nino"nu müharibə və məhəbbətin bütün emosional məqamlarını özündə əks etdirən həyəcanlı bir film kimi xarakterizə edir.
banner

Oxşar Xəbərlər