• cümə, 19 Aprel, 16:20
  • Baku Bakı 25°C

Portuqaliya Azərbaycan turistləri üçün daha əlçatan ola bilər

30.03.17 11:45 739
Portuqaliya Azərbaycan turistləri üçün daha əlçatan ola bilər
Portuqaliya və Azərbaycan turizm əlaqələrini inkişaf etdirmək niyyətindədir.
Bunu özəl olaraq Trend və Azernews-a müsahibəsində Portuqaliyanın Azərbaycandakı səfiri Paula Leal da Silva deyib.
Səfir qeyd edib ki, hazırda hər iki ölkənin müvafiq nazirlikləri turizm sahəsində əməkdaşlıq barədə protokolun imzalanması ilə bağlı danışıqlar aparır.
Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət və turizm nazirinin Portuqaliyaya planlaşdırılan səfəri ölkələr arasında müvafiq sahələrdə əməkdaşlığın inkişafına yardım göstərəcək.
Portuqqaliyalı diplomat deyib: "Azərbaycan turizm sektorunu uğurla inkişaf etdirir. Portuqaliya isə artıq uzun illərdir ki, turizmin populyar istiqamətlərindəndir. 10 milyon əhalisi olan Portuqaliya 2016-cı ildə 19 milyon turist qəbul edib. Turizmin Portuqaliya iqtisadiyyatında payı 10 faizə bərabərdir".
Bakı ilə Lissabon arasında birbaşa aviareysin hələ mövcud omadığını vurğulayan səfir bu məsələnin də vacibliyini qeyd edib.
banner

Oxşar Xəbərlər