• cümə, 19 Aprel, 12:57
  • Baku Bakı 25°C

Ponomaryovun Syominin qovulmasına münasibəti: Axmaqlar

18.05.20 14:07 708
Ponomaryovun Syominin qovulmasına münasibəti: Axmaqlar
SSRİ yığmasının sabiq futbolçusu Vladimir Ponomaryov Yuri Syominin "Lokomotiv”dən istefaya göndərilməsinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Ponomaryov klub rəhbərliyinin bu qərarını kəskin tənqid edib. O, komandanın bundan sonra uğursuz olacağını iddia edib:
"Bu, klub prezidentinin və komanda rəhbərliyinin böyük bir axmaqlığıdır. Yuri Semin çox bacarıqlı bir məşqçidir və komanda ilə çox yaxşı işləyirdi. Komanda çempionatda ikinci yerdədir. Onsuz, komanda cəhənnəmə sürüklənəcək və ilk üçlüyə belə düşməyəcək. Axmaqlar!
Bir dəstə agent var ki, bahalı futbolçuları almağı tövsiyə edirlər. Düşünürəm ki, Syomin bəzi futbolçuların alınması ilə razılaşmırdı. Onlar isə pul yumalıdırlar. Vəssalam”.
banner

Oxşar Xəbərlər