• cümə, 29 Mart, 10:22
  • Baku Bakı 5°C

Pompeo və Çavuşoğlu NATO-nun Yaxın Şərqdəki rolunun gücləndirilməsini müzakirə ediblər

13.01.20 09:51 435
Pompeo və Çavuşoğlu NATO-nun Yaxın Şərqdəki rolunun gücləndirilməsini müzakirə ediblər
ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Otequsun bəyanatında deyilir.
Bəyanatda deyilir: "Dövlət katibi Mayk Pompeo bu gün Yaxın Şərqdəki hadisələri müzakirə etmək üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb. Dövlət katibi M.Pompeo NATO-nun bölgədə daha əhəmiyyətli rol oynamalı olduğunu bir daha bildirib".

M.Pompeo həmçinin ABŞ-ın BMT-nin dəstəyi ilə Suriyada vəziyyətin sülh yolu ilə nizamlanmasına sadiq olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər