• cümə axşamı, 18 aprel, 21:36
  • Baku Bakı 21°C

Polşa prezidenti: "Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir"

20.09.17 15:45 1115
Polşa prezidenti: "Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir"
"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər".
APA-nın "newsarmenian.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Polşa prezidenti Anjey DudaBMTBaş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. "Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, - deyə o, söyləyib.
S. Sarkisyan da öz növbəsində bu məsələdəATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb.
banner

Oxşar Xəbərlər