• cümə, 29 Mart, 17:00
  • Baku Bakı 14°C

Polşa BMT-nin İnsan Haqları Şurasına üzv seçilib

20.10.19 13:08 617
Polşa BMT-nin İnsan Haqları Şurasına üzv seçilib
Polşa BMT-nin İnsan Haqları Şurasına (UNHRC) üzv seçilib. Ölkə bu vəzifəni 2020-ci il yanvarın 1-dən etibarən iki il müddətinə davam etdirəcək.
AZƏRTACxəbər verir ki, Polşa prezidenti katibliyinin rəhbəri Kşiştof Şçerski Twitter səhifəsində ölkəsinin UNHRC-yə üzv seçilməsini beynəlxalq uğur kimi dəyərləndirib.
BMT-nin İnsan Haqları Şurası 47 dövlətin təmsil olunduğu beynəlxalq qurumdur və dünyada insan hüquqlarının təşviqi və qorunması üçün məsuliyyət daşıyır.

banner

Oxşar Xəbərlər