• cümə, 19 Aprel, 16:29
  • Baku Bakı 25°C

Polkovnik İsa Sadıxov beynəlxalq axtarışa verildi

19.06.13 12:51 2656
Polkovnik İsa Sadıxov beynəlxalq axtarışa verildi
APA-nın “Vesti.az” saytına istinadən yaydığı məlumata görə, bundan əvvəl İsa Sadıxov barədə Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə cinayət işi başlanıb, hazırda fakt üzrə təhqiqat aparılır.
Mətbuatda gedən son məlumatlara görə, 2001-ci ildən Norveçdə yaşayan və bu günlərdə Türkiyəyə səfər edən İsa Sadıxov Azərbaycanda baş verən hadisələri diqqətlə izlədiyini, yaxın zamanlarda Bakıya qayıtmaq niyyətində olduğunu deyib. Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə Milli Şuraya üzv ola bilər.
İsa Sadıxov həmçinin Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin qardaşı, yoxa çıxmış, MTN-nin əməkdaşı Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin üzvüdür.
Xatıladaq ki, isa Sadıxov 1992-ci ildə Azərbaycan müdafiə nazirinin Qərb istiqamətində döyüş əməliyyatları üzrə müavini olub.
banner

Oxşar Xəbərlər