Polislər sosial məsafəni gözləməyən fanatları döydü
Danimarka
kubokunun finalında insident yaşanıb.
Kaspi.az xəbər
verir ki, "Olborq” – "Syonneryusk” qarşılaşması ən azı 15 dəqiqə
dayandırılıb. Buna səbəb isə azarkeşlərin sosial məsafəni gözləməməyi olub.
Final
qarşılaşması üçün hər kluba 725 bilet verilib və tələb edilib ki, sosial məsafə
gözlənilsin. Amma "Olborq”un fanatları bu tələbi yerinə yetirməyiblər.
Qarşılaşma 30-cu dəqiqədə dayandırılıb.
Əvvəlcə qaydanı
pozanlara klub rəhbərliyi müraciət edib. Amma fanatlar rəhbərliyin sözünə qulaq
asmayıblar. Bundan sonra polis hərəkət keçib və fanatları dubinka il döyərək
stadiondan çıxarıblar.
Maraqlıdır,
polis fanatları stadiondan çıxardandan sonra onları yerdə bir-birinə daha yaxın
oturdub.
Qarşılaşma isə
"Syonneryusk”un qələbəsi ilə yekunlaşıb – 2:0.