AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - Video

Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - Video

Kriminal
06 İyun 2020, 12:45 327
Tətbiq olunan sərt karantin rejimi çərcivəsində polis vətəndaşların maarifləndirilməsi üçün avtomobillərə quraşdırılmış xüsusi səsgücləndiricilər vasitəsi ilə təbliğat aparır.

APA-nın  məlumatına görə, polis əməkdaşları əhaliyə evdə qalmaq və sərt karantin rejimi qaydalarına əməl etməklə bağlı tövsiyələr verir. 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.