• cümə, 19 Aprel, 16:46
  • Baku Bakı 25°C

Polis leytenantı “Range Rover“i hasara çırpdı: 3 ölü, 2 yaralı

20.05.13 08:11 2244
Polis leytenantı “Range Rover“i hasara çırpdı: 3 ölü, 2 yaralı
APA-nın məlumatına görə, hadisə dünən saat 21:00 radələrində Bakı-Şamaxı yolunun 121-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, Səbail Rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı, 1983-cü il təvəllüdlü Səbuhi Əsgərovun idarə etdiyi EM622 tranzit nömrə nişanlı “Range Rover” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq hasara çırpılıb.
Hadisə nəticəsində sürücünün özü ilə yanaşı, Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Rafael Rzayev və 1991-ci il təvəllüdlü Fərhad İbrahimov dünyasını dəyişib, 1981-ci il təvəllüdlü Kamal Qurbanov, 1983-cü il təvəllüdlü Orxan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər