AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Polis jurnalistin xəstə anasına yardım etdi

Polis jurnalistin xəstə anasına yardım etdi

Kriminal
06 İyun 2020, 15:37 270
Bakıda polis jurnalistin xəstə anasına yardım edib.
Trend-in məlumatına görə, bu barədə jurnalist Günay Elşadqızı məlumat bildirib.
Onun sözlərinə görə, anası dializ xəstəsidir və həftənin 3 günü - 2, 4, 6-cı günlər mütləq dializ almalıdır: "Evdən xəstəxanaya ən azı 4-5 km yoldur və dializ xəstəsi üçün bu yolu getmək mümkünsüz bir şeydir".
Jurnalist bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsinə məlumat verib. Müraciətdən sonra Əlahiddə Çevik Polis Alayının əməkdaşları ünvana gələrək jurnalistin anasını vaxtında xəstəxanaya çatdırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, Bakıda zəruri hallarda köməyə ehtiyacı olan şəxslərə polis yardım edir.
Onun sözlərinə görə daxili işlər orqanları əməkdaşları ərazidə xidmətdə olmasına baxmayaraq kritik vəziyyətdə olan şəxslərə yardım edir, onlara lazımi köməklik göstərirlər: "Məlumatlara görə, indiyə qədər polis xidmət göstərdiyi ərazidə yaşayan 3 xəstəyə yardım edib, onların tibb müəssisəsi və lazım olan ünvana çatdırılmasını təmin edib".