• cümə axşamı, 25 aprel, 18:29
  • Baku Bakı 21°C

Polis cinayət törətməkdə şübhəli bilinən 30 nəfəri saxlayıb

09.02.20 13:00 3072
Polis cinayət törətməkdə şübhəli bilinən 30 nəfəri saxlayıb
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 19 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər