• çərşənbə, 24 Aprel, 18:11
  • Baku Bakı 23°C

Polis Bakıda soyğunçuluq edən qadın və kişini saxladı

06.01.20 13:21 825
Polis Bakıda soyğunçuluq edən qadın və kişini saxladı
Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Rəsulov yanvarın 3-də saat 21 radələrində A.M.Şərifzadə küçəsində 2 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri X.Məmmədova və əvvəllər məhkum olunmuş T.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.
banner

Oxşar Xəbərlər