AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Platini arzumuzu gözümüzdə qoymaq istəyir

Platini arzumuzu gözümüzdə qoymaq istəyir

İdman
13 Noyabr 2012, 17:42 1255
UEFA prezidenti Mişel Platini “Avro-2020”nin final mərhələsinin qeyri-adi formatının qəbul edilməsinin vaxtının çatdığını bildirib. Onun tərəfindən irəli sürülən yeni formatda “Avro-2020”nin həlledici mərhələsinin oyunlarının Avropanın 13 ölkəsinin bir şəhərində keçirilməsi təklif olunur.

Qeyd edək ki, təklif olunan şəhərlər arasında “Avro-2020”nin ev sahibliyinə birgə namizəd olan Azərbaycan və Gürcüstanın heç bir şəhəri yoxdur.
UEFA prezidenti yarışların qrup və 1/4 final mərhələsinin oyunlarının Moskva, Berlin, Madrid, Lissabon, Roma, London, Amsterdam, Zaqreb, Afina, Bazel, Paris və Brüsseldə, yarımfinal və final matçlarının isə İstanbulda keçirilməsini istəyir.
Platininin bu təklifinin UEFA İcraiyyə Komitəsinin dekabrın 7-də baş tutacaq iclasında müzakirə ediləcəyi gözlənilir.