• cümə axşamı, 25 aprel, 06:10
  • Baku Bakı 14°C

PKK liderlərindən biri öldürüldü

10.07.16 01:58 986
PKK liderlərindən biri öldürüldü
PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının liderlərindən biri öldürülüb.
Trend-in "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, PKK liderlərindən biri, Bahoz Erdal kimi tanınan Fehman Hüseyn Suriyanın Kamışlı şəhərində avtomobilin partlaması nəticəsində ölüb.
Məlumata əsasən, içində F.Hüseynin də olduğu maşın ötən gün müxalif qüvvələr tərəfindən partladılıb.
Terrorçu liderlə yanaşı, ən azı 8 nəfərin öldüyü deyilir.
Qeyd edək ki, F.Hüseyn Türkiyədə ən təhlükəli terrorçulardan biri kimi axtarışda olub.
banner

Oxşar Xəbərlər