• cümə axşamı, 28 mart, 12:41
  • Baku Bakı 16°C

"Hər bir əziyyət, nəticədə qiymətləndirilir" - Soydaş

19.06.20 14:30 13115
"Hər bir əziyyət, nəticədə qiymətləndirilir"  - Soydaş
Zaur Məşədiməmmədov: "Bakıda təkcə işi yox, ümumiyyətlə, ətrafımı da dəyişmək istəyirdim”
16-17 yaşından işləməyə başlayıb. Ancaq məqsədi pul qazanmaq yox, yeni əlaqələr qurmaq, təcrübə qazanmaq, özünü inkişaf etdirmək olub. Çünki bu yolla irəli getməyin mümkünlüyünə inanır. "Mən həmişə inanırdım ki, kiçikdən işdən başlayıb öz üzərimdə çox çalışsam, mütləq böyük nailiyyətlər əldə edəcəyəm” deyən müsahibimiz Böyük Britaniyada "PwC”nin (PricewaterhouseCoopers) baş ofisində biznes prosesləri və İT nəzarət şöbəsinin baş auditoru işləyən Zaur Məşədiməmmədovdur.

- Profilinizdə ilk iş yeri olaraq "PwC”nin Azərbaycan bölməsini qeyd edibsiniz. Bu, magistr təhsilinizi başa vurandan sonrakı dövrə düşür. Maraqlıdır, o vaxta qədər işləməyibsiniz?
- O, mənim ilk rəsmi iş yerim idi və bu səbəbdən belə yazmışam. "PwC”nin Azərbaycan bölməsində işə başlayanda, 23-24 yaşım olardı. Mən isə 16-17 yaşımdan işləyirəm. 17 yaşım tamam olmamışdı, "Super Market” nəşriyyat və qəzetində işə başladım, sonra isə marketinqlə məşğul olan bir şirkətə keçdim. Orda fərqli məhsulların təqdimatı və birbaşa satışı ilə məşğul idik. Magistr təhsilindən əvvəl isə Azərbaycan Beynəlxalq Bankında təcrübə keçmişdim.

- Bu qədər tez işləməyinizin səbəbi nə idi?
- O vaxt mənə lazım ola, özümü inkişaf etdirmək idi. Mən həmişə inanırdım ki, kiçik işdən başlayıb öz üzərimdə çox çalışsam, mütləq böyük nailiyyətlər əldə edəcəyəm. Çünki, hər bir əziyyət, nəticədə qiymətləndirilir. Şəxsi inkişaf məsələsi, öz üzərində işləməyəndə, təcrübə qazanmayanda qırılır. Biznes və maliyyə dünyasında bu, əsas məqamlardan biridir.


banner

Oxşar Xəbərlər