Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyulub
Azərbaycan prezidentiİlham ƏliyevPirallahı rayonunda "Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq "CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısına müəssisə barədə məlumat verilib.
Bildirilib ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən təchiz olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar dövriyyə olunacaq.
Prezidentİlham Əliyevbalıqyetişdirmə fermalarının təməlini qoyub.