“Pirallahı” günəş elektrik stansiyasının açılışı olub - Fotolar
İyulun 21-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev"Pirallahı” günəş elektrik stansiyasının açılışında iştirak edib.
APA-nın məlumatına görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlət başçısına "Pirallahı” günəş elektrik stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verib.
Bildirilib ki, layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir.