AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

PFL prezidenti Mərkəzi Klinik Xəstəxanaya aparıldı

PFL prezidenti Mərkəzi Klinik Xəstəxanaya aparıldı

İdman
21 Noyabr 2012, 17:07 1610
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin səhhətində gözlənilmədən problem yaranıb.

Apasport.az saytının xəbərinə görə, PFL rəhbəri dünən halının pisləşməsindən sonra “Modern” klinikasına aparılıb. Bu gün isə Musayev Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Burda həkimlər müayinə etdikdən sonra PFL prezidentinin sağlıq durumuna aydınlıq gələcək.

Məlumatı Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib.