• şənbə, 20 Aprel, 13:01
  • Baku Bakı 23°C

"Petkim": STAR-dan transfer olunan əməkdaşların ixtisarından söhbət gedə bilməz

13.04.17 11:10 918
"Petkim": STAR-dan transfer olunan əməkdaşların ixtisarından söhbət gedə bilməz
"Petkim Petrokimya Holding A.Ş." STAR neft emalı zavodunun 121 əməkdaşının transferi ilə bağlı açıqlama yayıb. "APA-Economics" açıqlamaya istinadən xəbər verir ki, transfer aprelin 12-də artıq yekunlaşıb.
"Bildirmək istəyirik ki, "Petkim" və ya STAR-ın heç bir əməkdaşı öz işi yerini itirməyib. "Petkim"ə keçirilən əməkdaşlar STAR neft emalı zavodundakı şərtlərdən daha yaxşısına sahib olacaq. Onlar bütün hüquqlarını qoruyaraq SOCAR ailəsində fəaliyyətini davam etdirəcəklər. Əməkdaşlarımız əmək haqlarını tam alacaqlar. Əmək haqqının azalmasından söhbət belə gedə bilməz. Üstəlik, ötən illərdəki artıma analoji olaraq əmək haqqı artacaq. Bununla yanaşı, bonusların ödənişi də vaxtlı-vaxtında həyata keçiriləcək. "Petkim"ə transfer olunan işçilər həyat sığortası ilə təmin ediləcək və işçilərimizin yararlandığı bütün hüquqlardan istifadə edə biləcəklər", - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, SOCAR-ın Türkiyədəki törəməsi "SOCAR Turkey Energy A.Ş."-nin tabeliyində fəaliyyət göstərən STAR neft emalı zavodunun əməkdaşları "Petkim Petrokimya Holding A.Ş."-yə transfer olunmaqlarına etiraz əlaməti olaraq dinc aksiya keçirib. Aksiya iştirakçıları bildirib ki, transfer ixtisarlar üçün bəhanədir. Aprelin 10-dan tətil elan edən işçilərə "Petkim"in əməkdaşları da qoşulub.
banner

Oxşar Xəbərlər