• cümə axşamı, 28 mart, 18:56
  • Baku Bakı 13°C

Peskov: "Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür"

13.12.17 15:30 2214
Peskov: "Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür"
Türkiyə prezidenti Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür.
APA-nın "Russian Today”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentiVladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
"Biz Türkiyənin mövqeyi ilə tanışıq. Hazırda bu mövqe Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Rusiyanın Qüds və Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi məlumdur”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün İƏT-in İstanbulda keçirilən fövqəladə sammitində Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanQüdsü Fələstinin işğal altında olan paytaxtı kimi tanımağa çağırıb və İsraili terrorçu dövlət adlandırıb.
banner

Oxşar Xəbərlər