• cümə, 29 Mart, 02:56
  • Baku Bakı 7°C

Pərvin Kərimzadə: Təhsil sahəsində davamlı islahatlar həyata keçirilir

10.01.20 15:45 633
Pərvin Kərimzadə: Təhsil sahəsində davamlı islahatlar həyata keçirilir
"Son 16 il ərzində ölkəmizdə üç mindən artıq məktəb tikilib istifadəyə verilib. Bu proses Azərbaycanın mərkəzi qədər ən ucqar bölgələrimizi də əhatə edib”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun təhsilin inkişafı yönündə gördüyü işlər isə xüsusilə böyük tarixi əhəmiyyət daşıyır. Təhsilin cəmiyyətimiz üçün bir dəyər kimi yeni məzmun qazanmasında, bu dəyərin hər kəsə əlçatan olmasında, təhsil sahəsindəki qlobal inkişaf meyillərinin ölkəmizə gətirilməsində Mehriban xanım Əliyevanın gördüyü işlər müstəsnadır.
"Azərbaycan Prezidenti İlham Əliyev bu gün də təhsil sahəsində davamlı islahatlar həyata keçirir. Müasir Azərbaycan təhsilini özünün zəngin mütərəqqi ənənələri, milli-mənəvi və ümumbəşəri dəyərləri ilə beynəlxalq təcrübə üzərində daha da inkişaf etdirir. Müəllim nüfuzu yüksəlir, onların peşəkarlıq səviyyəsi artırılır, istedadlı insanların bu sahəyə cəlb edilməsi istiqamətində ciddi addımlar atılır. Nəticədə sağlam rəqabət və motivasiya güclənir, müəllimlik rəqabətli bir peşəyə çevrilir. Bununla da təhsilin keyfiyyət göstəriciləri davamlı olaraq yüksəlir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 16 il ərzində ölkəmizdə elm, təhsil, innovasiyaların tətbiqi sahəsində həyata keçirilən layihələr Azərbaycanın iqtisadi nailiyyətlərinə, geniş maliyyə imkanlarına əsaslanır. Bütün dünyada elm, təhsil, innovasiyalar çox böyük sərmayələr tələb edən sahələrdir. Ona görə də, dövlətimiz bu sahələrə xüsusi diqqət yetirir”-deyə, deputat qeyd edib.
banner

Oxşar Xəbərlər