• şənbə, 20 Aprel, 10:03
  • Baku Bakı 14°C

Pərvin Kərimzadə: İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət apara bilməz

15.01.20 13:50 625
Pərvin Kərimzadə: İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət apara bilməz
"Dahi şəxsiyyət Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas etdiyi, dinamik islahatlar yoluna çıxardığı müstəqil Azərbaycan bu gün sabit şəraitdə sürətlə inkişaf edir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib”.
Bu barədə "Kaspi” qəzetinə açıqlamasında millət vəkili Pərvin Kərimzadə bildirib. O qeyd edib ki, dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycan uğurlu idarəetmə nəticəsində beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, istənilən müstəqil dövlətin həsəd apara biləcəyi zirvələri fəth edib.
Deputat P.Kərimzadə deyib ki, Azərbaycanda vətəndaşların mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan bənzəri olmayan uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. Onun fikrincə, qazanılan uğurlarla, əldə edilən nailiyyətlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən ağrılı problem olaraq bir an da olsun diqqətdən kənarda qalmır: "Prezident İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə tutarlı, kəsərli faktlarla beynəlxalq aləmdə mövqeyini dayanmadan möhkəmləndirən ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gedən yolun bir addımlığında dayandığını nəzərə çatdırıb. Dövlət başçısı işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını, bütün əsas parametrlər üzrə ölkəmizin işğalçı Ermənistanı böyük fərqlə qabaqladığını diqqətə çatdırıb. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xatırlayan Prezident İlham Əliyev bildirib ki, 2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, bu, 9 il bundan əvvəl baş vermiş hadisədir və onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir və eyni zamanda, Ermənistan üzərində böyük qələbə idi. "Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə "Global Firepower 2019” hesabatıdır” - ölkə başçısının səsləndirdiyi bu rəqəmlər işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığının təsdiqidir”.
Millət vəkili P.Kərimzadə müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin diqqətə çatdırdığı faktlara istinad edərək vurğulayıb ki, makroiqtisadi sahədə göstəricilər Azərbaycanın inkişafının, tərəqqisinin işğalçı Ermənistan ilə müqayisəedilməz dərəcədə yüksək olduğunu nümayiş etdirir. Deputatın sözlərinə görə, təkcə sosialyönümlü islahatlarla zəngin 2019-cu ilə nəzər yetirmək kifayətdir ki, Azərbaycanda əməkhaqları və pensiyaların işğalçı qonşu ölkə ilə müqayisəedilməz dərəcədə yüksək olduğunun şahidi olasan: "Cənab Prezidentin dilə gətirdiyi statistik, real faktlardan bir daha əyan oldu ki, minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Azərbaycan Prezidentinin müşavirədə səsləndirdiyi rəqəmlər, ötən ilin oktyabr ayının 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında dərin məzmunlu çıxışı hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Eyni zamanda Prezident İlham Əliyevin milli maraqlarımız naminə sərgilədiyi qətiyyətli mövqeyi işğalçı Ermənistanın avantürist hakimiyyətinin baş nazirinin öz ölkəsinin "uğurları” haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə etməyə haqqı çatmadığının tutarlı faktlarla daha bir təsdiqidir. "Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır"- Ölkə Başçısının reallığa, humanizmə əsaslanan bu fikirləri müstəqil Azərbaycanın siyasi və iqtisadi sahələrdə sabitliyinin əmin əllərdə olduğundan xəbər verir”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər