• cümə, 29 Mart, 17:33
  • Baku Bakı 14°C

Peru hakimiyyəti koronavirusa görə fövqəladə rejimi avqusta qədər uzadıb

28.06.20 09:45 447
Peru hakimiyyəti koronavirusa görə fövqəladə rejimi avqusta qədər uzadıb
Peru rəhbərliyi koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət rejimini iyulun 31-dək uzatmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə "EL Comerico" qəzeti bildirib.
Qeyd edilib ki, ölkənin sərhədləri ən az avqusta qədər bağlı qalacaq, lakin karantin tədbirləri zəifləyəcək. Beləliklə, məcburi karantin yalnız 14 yaşa qədər uşaqlar və 65 yaşdan yuxarı vətəndaşlar üçün qalacaqdır.
Peruda hazırda koronavirusa yoluxanların sayı 272 364 nəfərdir, 8 939 nəfər vəfat edib, 159.806 xəstə sağalıb.
banner

Oxşar Xəbərlər