• şənbə, 20 Aprel, 12:12
  • Baku Bakı 23°C

“PEN Pinter 2016” ədəbi mükafatının qalibi açıqlandı

20.06.16 10:22 1368
“PEN Pinter 2016” ədəbi mükafatının qalibi açıqlandı
Mükafatı olduqca böyük təvazökarlıqla qarşılayan kanadalı yazarın insan hüquqlarını müdafiə edən yazılarına görə münsiflər heyəti tərəfindən ən layiqli namizəd kimi təsdiqləndiyi bildirilir. "Guardian” xəbər verir ki, "Nobel” ədəbiyyat mükafatına layiq görülmədikcə ədəbi çevrədə mükafat qoymayan kanadalı müəllif Marqaret Etvud ona göstərilən bu etimad qarşısında boynubükük qaldığını deyib. "Yer kürəsində söz azadlığından yararlanan və qanunsuzluğa qarşı etiraz səsini qaldıran minlərlə insana simvol olduğu üçün” seçilməkdən böyük qürur hissi keçirdiyini deyən yazar siyasi fəaliyyətinin ədəbi fondlar tərəfindən də izlənilməsindən məmnun olduğunu bildirib.
"PEN Pinter” mükafatı yeddi il əvvəl Nobel mükafatlı dramaturq Harold Pinterin şərəfinə təşkil edilib və ədəbi fəaliyyəti ilə yanaşı, "bəşəri həssaslığı” ilə seçilən və ictimai nüfuzlu fiqur kimi üstünlüyündən insan hüquqlarının müdafiəsi üçün istifadə edən yazarlara təqdim edilir. Bir sözlə, fond Harold Pinterin bir yazarda axtardığı əsas xüsusiyyətləri – cəsur, kəskin fikirli, yolundan dönməyən, dərin intellektual mətnlər ortaya qoyan, həyatın və cəmiyyətlərin əsl həqiqətlərini əks etdirən hekayələrə müəlliflik edən - özündə cəmləyən ədiblərə üstünlük verir. "Nümunəvi ictimai intellektual”, "siyasi etirazların qətiyyətli dəstəkçisi” kimi təqdim edilən Etvud Pinteri şəxsən tanıyan biri kimi bu mükafatın onu daha da ürəkləndirəcəyini bildirib: "Pinteri şəxsən tanımaq və onunla birgə işləmək mənə nəsib olub. Mən onu tanıyanda 1989-cu il idi, "Əldəqayırma nağıl” ("The Handmaid’s tale”) əsərinin ekran versiyası üzərində işləyirdi. Hətta ömrünün o çağlarında belə Pinter incəsənət xadimlərinə qarşı təzyiqlərə, repressiyalara, insan hüquqlarının pozulması hallarına göstərdiyi həssas reaksiyadan bir zərrə belə azaltmamışdı, bu tip məsələlərdə alovlu üsyankar idi. Məncə, minlərlə insanın vəkili olmaq kimi şərəfli bir statusa layiq görülmək hamının arzusudur. Bu il Yer kürəsində haqsızlıqla mübarizə aparan minlərlə insanın vəkili seçildiyim üçün fəxr edirəm”.
"Man Booker” mükafatlı yazarı bu mükafata layiq görən fondun münsiflər heyətinin sədri Mauren Frili mətbuata verdiyi açıqlamada deyib: "Öz karyerasını quran, tutduğu yolda yüksəldikcə-yüksəlməyə can atanların arasında bütün bəşəri və ictimai məsələlərə zaman ayıra, hamıya baxa, hər şeyi görə bilən Marqaret Etvud o qədər uğurludur ki, seçim etmək o qədər də çətin olmadı. O sadəcə roman ardınca roman yazmaq prinsipləri üzərində durmur, onları sınayır, insanların zövqünü tutmağa çalışır. Onun ən müxtəlif sahələrdə baş qaldıran etiraz kampaniyalarında roman yazarkən göstərdiyi kimi yüksək fədakarlıq, həssaslıq nümayiş etdirməsini, əsl hekayə yazarına yaraşan dərin emosional reaksiyalar sərgiləməsini görməmək mümkün deyil. Etvud bizim hamımız üçün ilham mənbəyidir, onun bütün dünyanı həvəsləndirməyə kifayət edəcək qədər enerjisi var.
Pinterin xanımı, yazıçı Antonia Freyzer isə Etvudun təvazökar davranışlarından heç təəccüblənmədiyini bildirib: "Pinter ona həmişə xüsusi hörmət bəsləyirdi – həm yazar kimi, həm şəxsiyyət kimi, həm də əsl mübariz kimi. Əgər Etvudun bu mükafatı alarkən, göstərdiyi təvazökarlığı, Pinterin adını daşıyan bir mükafata layiq görülməkdən duyduğu qüruru görsəydi, "buna ən çox o layiqdir” deyərdi”.
Məlumat üçün qeyd edək ki, Marqaret Etvud Britaniya Milli Kitabxanasının (BMK) cari ilin oktyabr ayında keçiriləcək mərasimində də oxşar mükafat alacaq. Belə ki, BMK-nın mükafat fondu "2016-cı ilin Beynəlxalq miqyaslı cəsur yazar” mükafatına Etvudu layiq gördüyünü açıqlayıb.
banner

Oxşar Xəbərlər