• cümə, 19 Aprel, 02:00
  • Baku Bakı 18°C

Pedro Aqramuntun AŞPA sədrliyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb

28.04.17 13:10 732
Pedro Aqramuntun AŞPA sədrliyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb
Avropa ŞurasıParlament Assambleyasının sədri (AŞPA) qurumun Büro iclasında iştirak etməyib.
APA-nın məlumatına görə, qurumun yaz sessiyasının bu gün keçirilən iclasına sədrlik edənAŞPA-nın vitse-prezidenti, Mühafizəkarlar qrupunun sədri Rocer Geyl bildirib ki, P. Aqramunt Büro iclasına gəlməyib və istefasını təqdim etməyib.
"Biz də buna görə Pedro AqramuntaAŞPAsədri kimi etimad göstərməyəcəyik və o, Assambleyanı təmsil edə bilməz", - deyə R. Geyl vurğulayıb.
Qeyd edək ki, P. Aqramunt istefa vermədiyindən və Nizamnamədə impiçment proseduru olmadığından onun aqibəti hələlik məlum deyil. Belə davam edəcəyi təqdirdə, Nizamnamədə dəyişikliklər ediləcəyi gözlənilir.
Xatırladaq ki, P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədənSuriyaprezidenti Bəşər Əsədlə görüşüb.
Bu isəAŞPAüzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P. Aqramuna etimadsızlıq məsələsini qaldırıblar.
banner

Oxşar Xəbərlər