Pedaqoji Şuranın iclası keçirilib - Fotolar
Sentyabrın
14-də Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) Pedaqoji Şuranın
növbəti genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə kollecin direktoru Varis Allahverdiyev
açaraq müəllim kollektivini qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik
edib, uğurlar arzulayıb.
Sonra iclasın
gündəliyi müəyyən edilib, 2017/2018-ci dərs ili üçün Pedaqoji Şuranın üzvləri
və Şura katibi seçilib, fənn birləşmə sədrləri və metodiki şuranın tərkibi
təsdiqlənib. Eyni zamanda pedaqoji şuranın 2017/2018-ci dərs ili üçün iş planı,
həmçinin kollecin struktur bölmələrinin iş planları müzakirəyə çıxarılıb və
təsdiq olunub.
İclasda kollecin tədris işləri üzrə direktor
müavini Nofəl Nəbiyev BİTKol-da 2017/2018-ci dərs ili üçün tələbə qəbulu
haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan üzrə BİTKol orta ixtisas
təhsil müəssisələri arasında ən çox tələbə qəbuluna icazə verilən kollecdir. O,
BİTKol-a bu səviyyədə etimad göstərilməsi müqabilində kollektivin üzərinə düşən
məsuliyyətin böyük olduğunu vurğulayıb. Bildirilib ki, ümumi orta təhsil
bazasından, yəni 9 illik təhsil bazasından ümumilikdə qəbul üçün kollecə 425
yer verilib. Faktiki olaraq 354 nəfər qəbul olub, 71 nəfər kəsirdir.
2017/2018-ci dərs ili üçün tam orta təhsil bazasından qəbul planı ümumilikdə
213 nəfərdir. Qəbul planı 205 nəfər olmaqla yerinə yetirilib, 8 nəfər kəsirdir.
Kollecin
direktoru V.Allahverdiyev iclasdakı çıxışında Təhsil naziri Mikayıl Cabbarov
tərəfindən 2017/2018-ci dərs ilinin "Keyfiyyət ili” elan olunduğunu xatırladıb.
Bildirib ki, "Keyfiyyət ili” birinci növbədə müəllimlərin və köməkçi heyətin
uyğunsuzluğunu aradan qaldırmaqdan ibarətdir. Uyğunsuzluq aradan qalxarsa, daha
keyfiyyətli tədris prosesi yarana bilər. O, bu "Keyfiyyət ili”ndə kollektivə öz
işlərinə daha da məsuliyyətlə yanaşmağı tövsiyə edib.
Direktor
V.Allahverdiyev yeni tədris ilində kollektivin qarşısında duran məqsəd və
vəzifələrdən də geniş söhbət açıb.