• cümə, 29 Mart, 17:21
  • Baku Bakı 14°C

Paytaxtın yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

19.01.21 14:07 355
Paytaxtın yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Bakıda və Abşeron yarımadasında yanvar ayının 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır.
Bu barədəAPA-ya Bakı şəhər Baş Polis İdarəinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, temperaturun aşağı düşməsi nəticəsində sürücülər yola çıxarkən son dərəcə diqqətli olmalıdırlar: "Şaxtalı hava şəraitində avtomobil sahibləri və sürücülər mövsümi qış təkərlərindən, eləcə də hər iki oxu aparıcı olan avtomobillərdən istifadəyə üstünlük versinlər. Belə hava şəraitində istifadə edilən avtomobillərin təkərlərinin mövsümə uyğun olmasını tövsiyə edirik. Avtomobillərin şüşə ilgəcləri mütləq işləməli, avtomobillər texniki cəhətdən saz olmalı, əyləc sistemindən istifadə edilməməlidir. Sürət həddi hava şəraitinə uyğun olmalı, ara məsafəsi gözlənilməlidir. Piyadalar yolların hərəkət hissəsindən hərəkət etməsinlər, yalnız onlar üçün ayrılmış səkilərdən istifadəyə üstünlük verməlidirlər”.

banner

Oxşar Xəbərlər