AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paytaxtda itkin düşən dörd nəfər tapılaraq ailəsinə təhvil verilib

Paytaxtda itkin düşən dörd nəfər tapılaraq ailəsinə təhvil verilib

Kriminal
24 Mart 2020, 16:00 1099
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 20 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, cinayətlərin 1-i quldurluq, 8-i narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə, ümumilikdə 1 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan dörd nəfər tapılaraq ailəsinə təhvil verilib.