• cümə axşamı, 25 aprel, 19:43
  • Baku Bakı 21°C

Paytaxtda itkin düşən 7 nəfər tapılaraq ailəsinə təhvil verilib

11.03.20 13:15 1475
Paytaxtda itkin düşən 7 nəfər tapılaraq ailəsinə təhvil verilib
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 24 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindənAZƏRTAC-a bildiriblər ki, onlardan 3-ü əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.
Cinayətlərin 1-i soyğunçuluq, 3-ü xuliqanlıq, 2-si narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 40 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan yeddi nəfər tapılaraq ailəsinə təhvil verilib.
banner

Oxşar Xəbərlər