• çərşənbə, 24 Aprel, 09:50
  • Baku Bakı 13°C

Patriarx Kirill: "Qarabağ münaqişəsi tərəfləri barışığa doğru və qaçqınların geri qaytarılması üzrə addımlar atmalıdır"

08.09.17 18:55 1177
Patriarx Kirill: "Qarabağ münaqişəsi tərəfləri barışığa doğru və qaçqınların geri qaytarılması üzrə addımlar atmalıdır"
"Dağlıq Qarabağmünaqişəsi ətrafında yaranmış vəziyyət tərəflər arasında etimad tədbirlərinin gücləndirilməsi üçün tədbirlər işləyib hazırlamağı tələb edir".
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan və Ermənistan dini liderləri ilə Moskvadakı görüşündə deyib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər münaqişənin həlli üzrə qarşılıqlı anlayış və eyni baxışı əks etdirəcək müəyyən razılıqlar əldə edə, birgə mətn hazırlaya biləcəklər.
"Xoş məramımızı və Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək istəyimizi yüksək qiymətləndirirəm. Görüşün özü xalqlarımızın hazırlığını, dinlərimizin sülhməramlı potensialını göstərir. Davam edən faciəli münaqişədən kənarda qalmaq çətindir. Hərbi əməliyyatlar nəticəsində insanların ölməsi əzab və acı verir. Bu hadisələr yenidən günahsızları müdafiə etməklə bağlı səsimizi qaldırmağa təşviq edir", - Rus Provaslav Kilsəsinin rəhbəri bildirib.
Onun sözlərinə görə, dini liderlərin rolu münaqişə tərəflərini vətəndaşlarının həyatını qorunmaq adına qan tökülməsinə son qoymağa çağırmaqdan və barışığa, qaçqınların geri qaytarılmasına və onların təhlükəsizliyinin təmin edilməsinə aparan konkret addımlar atmaqdan ibarətdir.

banner

Oxşar Xəbərlər