• cümə axşamı, 25 aprel, 23:54
  • Baku Bakı 21°C

Patriarx Kirill: "Dini liderlərin Qarabağ münaqişəsinin həlli ilə bağlı əməkdaşlığı sülhməramlı xidmət nümunələrindən biridir"

23.11.17 14:00 2000
Patriarx Kirill: "Dini liderlərin Qarabağ münaqişəsinin həlli ilə bağlı əməkdaşlığı sülhməramlı xidmət nümunələrindən biridir"
"Rusiya, Azərbaycan və Ermənistan dini liderlərininDağlıq Qarabağmünaqişəsinin həllinə istiqamətlənmiş əməkdaşlığı ümumi sülhməramlı xidmət nümunələrindən biridir".
APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Moskva və Bütün Rusiya Patriarxı Kirillin "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
Patriarx Kirill müraciətindəQafqaz Müsəlmanları İdarəsiilə Moskva Patriarxlığı arasındakı əməkdaşlığı xüsusi vurğulayıb: "Moskva PatriarxlığıQafqaz Müsəlmanları İdarəsiilə olduqca yüksək səviyyədə qarşılıqlı etimadla xarakterizə olunan uzunmüddətli münasibətləri qiymətləndirir. Bu işdə 40 ildir yaxın dostum, dialoq aparılmasının ardıcıl tərəfdarı və sülhməramlı işlərdə tərəfdaş kimi tanıdığım hörmətli Şeyxülislam Allahşükür Paşazadənin böyük xidməti var".
Patriarx din xadimlərinin və dini liderlərin ekstremizm probleminə birgə reaksiya verməli olduqlarını bildirib: "Aydın məsələdir ki, ekstremizmin yayılması dini maarifləndirmənin zəif olması, gənclərin informasiya kanallarından alınan məlumatları düzgün qiymətləndirə bilməməsi ilə bağlıdır. Buna görə də mənəvi təhsil və maarifləndirməni təşviq edərək camaatımızı bir-birinə hörmət etmək ruhunda tərbiyə etmək vacibdir".
Qeyd edək ki, Patriarxın konfrans iştirakçılarına müraciətini Peterqof Arxiyepiskopu Amvrosiy oxuyub.
banner

Oxşar Xəbərlər