• cümə axşamı, 28 mart, 18:47
  • Baku Bakı 13°C

Paşinyanın beynəlxalq silah qaçaqmalçılığında iştirakına dair faktlar açıqlandı

31.05.20 21:51 671
Paşinyanın beynəlxalq silah qaçaqmalçılığında iştirakına dair faktlar açıqlandı
"Ermənistan Rusiyadan aldığı silahları üçüncü ölkəyə satır və ölkə beynəlxalq silah ticarətində qara bazarda iştirak edir”.
"Report” "Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqysanın kürəkəni, Yerevanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan "Yalanın sonu” adlı videomüraciətində bildirib.
Onun sözlərinə görə, mayın 23-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat şöbəsinin keçmiş rəhbəri, baş nazir Nikol Paşinyanın hazırkı müşaviri general Arşak Karapetyan Rusiya Müdafiə Nazirliyində vəzifəli şəxslərlə danışıqlar aparmaq üçün gizli şəkildə Rusiyaya göndərilib.
M.Minasyan ölkəsinin təhlükəsizlik məsələlərini nəzərə alaraq tam açıq danışa bilmədiyini və diqqətli olacağını qeyd edib.
"Nikol Paşinyan siqaret və brilyant qaçaqmalçılığı ilə bağlı qalmaqaldan sonra Ermənistanı beynəlxalq silah ticarətinin qara bazarına cəlb edib. Ermənistan Rusiyadan daxili bazar qiymətlərinə silah və sursat almaq hüququna malikdir. Ermənistan Respublikası və Rusiya ordusu Federasiya istehsalçılarından silah və döyüş sursatlarını eyni qiymətlərlə ala bilər. Bu qiymətlər beynəlxalq qiymətlərdən 65 faizə qədər fərqlənir”, - deyə keçmiş səfir bildirib.
O deyib ki, N.Paşinyan bu işi David Qalstyana həvalə edib: "Nikol Paşinyan ona Müdafiə Nazirliyi vasitəsi ilə Ermənistan Respublikası adından şərti olaraq 100 növ silah sifariş vermək imtiyazını verir. Bunun 60 növünün pulunu Ermənistan ofşor təşkilatlarda ödəyir. 40 növünü isə Rusiyadan birbaşa üçüncü ölkəyə, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə göndərir. Oradan da silahlar 4-cü ölkədə meydana çıxa bilər".
Keçmiş səfirinsözlərinə görə, Ermənistanla münasibətləri korlamamaq üçün Rusiya Nikol Paşinyan istisna olmaqla bu mafiozları cəzalandırmaq qərarına gəlib.
Belə ki, rəsmi MoskvaDavid Qalstyanı arzuedilməz şəxs ("persona non-qrata”) elan edib və ona 10 il ərzində Rusiyaya girməyi qadağan olunub. David Qalstyanın Rusiya Federasiyası ərazisinə 2029-cu ilə qədər girməsi qadağandır.
banner

Oxşar Xəbərlər