• şənbə, 20 Aprel, 08:42
  • Baku Bakı 14°C

Paşinyan yeni bəyanatı da əlacsızlıqdan imzaladı - Millət vəkili

12.01.21 19:30 396
Paşinyan yeni bəyanatı da əlacsızlıqdan imzaladı - Millət vəkili
"Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dünənki Moskva görüşləri haqda geniş fikrimi sizinlə bölüşəcəyəm. Hələlik Rusiyanın "Kommersant" qəzetində həmən görüşə həsr edilmiş reportajdakı bir cümləni nəzərinizə çatdırıram: "Dörd saatlıq danışıqlar nəticəsində imzalanan bəyanatı Nikol Paşinyan danışıqlar öncəsi imzalamaq fikrində deyildi". Yəni ki, Paşinyan noyabrın 10-da olduğu kimi növbəti bəyanatı da əlacsızlıqdan imzalamaq zorunda qalıb. Qəzetdə bunun ardınca o da açıq şəkildə vurğulanır ki, Ermənistanın baş naziri Moskva görüşündən istəklərini reallaşdırmadan evinə dönüb".
Kaspi.az xəbər verir ki, bu barədə millət vəkili, siyasi şərhçi Sahib Alıyev bildirib.
O qeyd edib ki, Moskva görüşü öncəsi Paşinyanın Makronla, Makronun Putinlə telefon danışıqlarının da elə bir effekti olmayıb:"Onların istəklərindən biri də "status" məsələsi ilə yanaşı, noyabrın 26-dan sonra Ermənistandan Qarabağa göndərilən və təxribat törədərkən yaxalanan terrorçuların hərbi əsir sayılaraq buraxılması idi. Ancaq görünən budur ki, Azərbaycan Prezidenti haylarla havadarlarının bu istəklərini də rədd edib.Demək, Fransa Prezidenti Makron Moskva danışıqları öncəsi Vladimir Putinə zəng etməklə növbəti dəfə sözün hər anlamında Paşinyandan çox da fərqlənmədiyini ortaya qoymaqdan başqa heç nə qazanmadı. O, həmən zəngilə ikinci dərəcəli siyasətçi qismində sadəcə Rusiya Prezidentinin əlinə oynadı, vəssalam".
banner

Oxşar Xəbərlər