• cümə axşamı, 28 mart, 13:52
  • Baku Bakı 16°C

Paşinyan danışıqlar prosesinin format və mahiyyətini sarsıdır

26.09.20 11:45 460
Paşinyan danışıqlar prosesinin format və mahiyyətini sarsıdır
Rumıniyanın bir çox qabaqcıl KİV-lərinin baş redaktoru vəzifəsində çalışmış, siyasi şərhçi, sabiq Prezident İon İlieskunun müşaviri Oktavian Andronik Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışını təhlil edib. Onun fikirlərinin yer aldığı məqalə Rumıniyanın nüfuzlu "Amosnews” xəbər agentliyinin saytında dərc edilib.
Siyasi şərhçi deyib ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın siyasətinin işğalçı mahiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Qeyd edib ki, Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun "Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbə vurub.
Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tezliklə çıxarılmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyi bildirilir. Diqqətə çatdırılır ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.
Azərbaycanın işğal edilmiş ərazilərində təbii ehtiyatların qanunsuz istismar edildiyi qeyd olunan məqalədə, həmçinin nasizmin şöhrətləndirilməsinin Ermənistanın dövlət siyasəti olduğu vurğulanır.
banner

Oxşar Xəbərlər