• şənbə, 20 Aprel, 07:38
  • Baku Bakı 14°C

Paşinyan daha bir inqilabçı silahdaşını vurdu

09.01.20 18:47 737
Paşinyan daha bir inqilabçı silahdaşını vurdu
Bu dəfə onun qəzəbinə mətbuat xidmətinin rəhbəri tuş gəldi

Ermənistanın baş naziriNikol Paşinyan "inqilabçı komandası”nda təmsil olunanları bir-bir sıradan çıxarır. Bir vaxtlar onun ən yaxın adamları sırasında olanlar, birlikdə inqilab etdiyi şəxslərin böyük əksəriyyəti artıq öz postlarından ya qovulublar, ya da könüllü şəkildə gediblər. Bu dəfə baş nazirin qəzəbinə tuş gələn onun ən yaxın adamları sırasında olan mətbuat katibiVladimir Karapetyandır. Nikol onun vəzifəsindən azad edilməsi barədəsərəncam imzalayıb. Bu barədə Ermənistan Nazirlər Kabineti rəhbərinin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir ki,"Dövlət qulluğu haqqında” qanun rəhbər tutularaq Vladimir Karapetyan baş nazirin mətbuat katibi vəzifəsindən azad edilsin. Qeyd edək ki, V.Karapetyan baş nazirin mətbuat katibi vəzifəsinə 2019-cu il yanvarın 29-da təyin edilmişdi.
Çox güman ki, baş nazirin Karapetyanı vəzifəsindən azad etməsinin səbəbi Nikola qarşı mətbuatda tənqidi materialların sayının artmasıdır. Hətta iş o yerə çatıb ki, nəinki, Paşinyan, eləcə də, onun ailə üzvləri, xüsusən də xanımı Anna Akopyan barəsində qalmaqallı yazı və xəbərlərin sayı artıb. Başını itirən baş nazir də bunun günahını mətbuat xidmətinin rəhbərində görür. Narazılıq həm də ondadır ki, baş nazirin sosial şəbəkələrdə canlı yayımına qulaq asanların da sayı azalmaqdadır. İnsanlar artıq əvvəlki kimi sosial şəbəkələrdə Paşinyanın populist çıxışlarına diqqət ayırmırlar. Nikol da bunun günahını Karapetyanda görür.
Yeri gəlmişkən, artıq sabiq mətbuat katibi ilk açıqlamasını da verib. "Nyus.am”a müsahibəsində pozitiv əhval-ruhiyyədə olduğunu bildirib. Bəzi məlumatlara görə, baş nazir ona vəzifə verəcək. Lakin hələ ki, bu məlumat təsdiqini tapmır. Xatırladaq ki, Karapetyandan əvvəl də vəzifələrindən çıxarılan şəxslər ilk bəyanatlarında Paşinyandan narazı olmadıqlarını bildirməyiblər. Lakin az sonra isə sükutu pozaraq tənqidi kampaniyaya, ifşaedici məlumatlar yaymağa başlayıblar. Karapetyan "sizin fəaliyyətinizdən hansısa bir narazılıq var idimi” sualına "ola bilər, mən işin içində deyiləm” deməklə cavab verib. Bəzi məlumatlara görə, Karapetyana Xarici İşlər Nazirliyində iş təklif olunacaq. Lakin istisna deyil ki, baş nazir onu ümumiyyətlə işsiz qoysun. Erməni mediasında Karapetyanın vəzifədən qovulmasına müxtəlif reaksiyalar daxil olur. "Başa düşmək lazımdır ki, heç bir vəzifə əbədi deyil. Bu qərar rəhbərliyin gəldiyi nəticədir və şərh ediləsi bir şey yoxdur”. Bunu "İnsan inkişafı beynəlxalq mərkəzi”nin rəhbəri Tevan Poqosyan bildirib. Onun sözlərinə görə, erməni cəmiyyətində və sosial şəbəkələrdə bir şəxsin vəzifədən çıxarılmasının ardınca tənqidlərin səslənməsi adi hal alıb. Lakin elə ki, həmin şəxsə hansısa bir vəzifə verilir, dərhal əks fikirlər yayılır.
Bəzi erməni ekspertləri bu qənaətdədir ki, bu il Ermənistanın siyasi səhnəsində müxalifətin transformasiyası prosesi sürətlənəcək. Bu fikrin müəllifi siyasi texnoloq Vigen Akopyandır. Onun qənaətincə, Ermənistanda daxili siyasi mübarizə keçmişlə bağlı olmayan qüvvələr arasında qızışacaq. Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vaneçyanın və indi də Karapetyanın işdən çıxarılması da məhz bununla bağlı ola bilər. "Məsələn, 2019-cu ildə çox maraqlı bir hadisə baş verdi. Hakimiyyətdə təmsil olunan ikinci şəxs Artur Vaneçyan vəzifəsindən getdi. Onun aktiv şəkildə böyük siyasətə hazırlaşdığı iddia olunur. Təbi ki, o, siyasətə müxalifətçi kimi qoşulacaq. Halbuki, vaxtilə inqilabın simvollarından birinə çevrilmişdi”, - deyə ekspert vurğulayıb. Bütün bunlara reaksiya verməyən Nikol isə öz aləmindədir. Baş nazir hesab edir ki, Ermənistanın ən ciddi problemi heç də sosial gərginlik, işsizlik yox, məhz tualetlərdir. "Ən böyük problemlərdən biri tualetlərdir”, - deyə Ermənistan Nazirlər Kabinetinin iclasında çıxışı zamanı baş nazir Nikol Paşinyan deyib. "Zərli stulları olan beşmərtəbəli restoran tikirlər, amma siz tualetin qapısını açanda hiss edirsiniz ki, fəlakət zonasındasınız”, – deyə o şikayət edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər