• cümə, 19 Aprel, 17:11
  • Baku Bakı 25°C

Paşinyan Baş Qərargah rəisinin istefası üçün prezidentə yenidən müraciət edib

27.02.21 20:00 887
Paşinyan Baş Qərargah rəisinin istefası üçün prezidentə yenidən müraciət edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması təklifini yenidən prezidentə göndərib.
Kaspi.az-ın məlumatına görə, bu barədə Paşinyan "Facebook" səhifəsində yazıb:"Prezident Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı qərarı geri göndərdi. Bu qərar mövcud vəziyyətin həllinə kömək etmir. Bir daha, müəyyən olunmuş prosedura uyğun olaraq, prezidentə imzasını gözləyərək Baş Qərargah rəisinin istefası üçün vəsatət göndərəcəyəm”.
Qeyd edək ki,Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb. (APA)
banner

Oxşar Xəbərlər