AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

Təfsilat
25 Fevral 2021, 12:52 156
Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.
 
APA-nın məlumatına görə, N. Paşinyan bu barədə "Facebook” səhifəsindən canlı yayımda bildirib.
 
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.
 
N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.