PAŞA Bank “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görülüb
Beynəlxalq maliyyə jurnalı "The Banker” tərəfindən
Londonda 18-ci "İlin Bankı” mükafatının təltif edilməsi mərasimi keçirilmişdir.
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədən bu nüfuzlu mükafatın
qalibi olmuşdur. PAŞA Bankın Korporativ
KommunikasiyalarDepartamentinin rəhbəri Əmir Məmmədovun "Kaspi”yə
bildirdiyinə görə, bu il bu mükafat dünyanın 140-dan çox ölkəsindən aparıcı
banklara təltif edilmişdir. PAŞA Bank ilə yanaşı bu mükafat Raiffeisen Bank,
Societe Generale, BNP Paribas v s. bu
kimi beynəlxalq maliyyə təşkilatlarına da təltif edilmişdir.
PAŞA Bankın İdarə heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə belə
bir nüfuzlu beynəlxalq mükafatın alınması ilk növbədə Bankın güclü maliyyə təşkilatı
kimi tanınmasının təzahürüdür.
"Artıq bu gün biz deyə bilərik ki, 2017-ci il üzrə əsas nailiyyətlərimiz
biznes həcmlərinin aktiv şəkildə artırılması və kredit portfelinin yüksək
keyfiyyətinin saxlanılmasından ibarət olmuşdur. Bunları nəzərə alaraq bu
mükafata layiq görülməyimizi biz təkcə Bankın deyil, həm də bütün müştərilərimizin
uğuru kimi qiymətləndiririk. Bu il ərzində PAŞA Bankda mənimsənilmiş "nou-xau”
bizə və müştərilərimizə daha da səmərəli
əməkdaşlıq qurmağa və tərəfdaşlığın yeni səviyyəsində çıxmağa yardım
etmişdir", - deyə Kazımov öz fikrini
yekunlaşdırmışdır.
"Financial Times” nəşriyyat qrupunun bir hissəsi olan "The Banker”
jurnalı 1926-cı ildən etibarən dərc olunur və aparıcı beynəlxalq maliyyə nəşriyyatlarından
biridir. Mükafat qaliblərinin siyahısını müəyyən edərkən jurnalın redaksiyası təkcə
bankların maliyyə nəticələrini deyil, həm də inkişaf strategiyalarının həyata
keçirilməsi və yeni standart və texnologiyaların tətbiq edilməsi sahəsindəki
nailiyyətləri nəzərə alınır.