AZE | RUS | ENG |


Partlayış olan ərazidən məktub tapıldı

Partlayış olan ərazidən məktub tapıldı
Çempionlar Liqasının 1/4 final mərhələsinin "Borussiya” - "Monako” oyunu təxirə salınıb. Kaspi.az xəbər verir ki, buna səbəb Dortmund təmsilçisinin avtobusunun dayandığı yerin yaxınlığında bomba partamasıdır. Yerli hüquq-mühafizə orqanları insidenti təsdiqləyiblər. Bildirilib ki, hadisə zamanı bir nəfər xəsarət alıb. BBC yaralanan şəxsin dortmundluların müdafiəçisi Mark Bartra olduğunu bildirib. İspan futbolçu xəstəxanaya aparılıb.
Artıq klubdan bununla bağlı rəsmi açıqlama da verilib. Açıqlamada futbolçuların hamısının təhlükəsizlikdə olduğu qeyd edilib: "Oyunçularımız hamısı təhlükəsiz ərazidədir. Xahiş edirik sakitliyinizi qoruyasınız. Hazırda stadionda təhlükəsizlik xidmətinin əməkdaşları var. Daha sonra əlavə məlumatlar veriləcək”. 
Partlayışın baş verdiyi ərazidə məktub tapılıb. Məktubu yazan şəxs partlayışa görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. 
Hazırda polis məktubu yazan şəxsi axtarır. Dortmund polisinin rəhbəri Qreqor Lanqe mətbuata verdiyi açıqlamada hadisənin terror olduğunu birmənalı surətdə təsdiqləməyib: 
 
"Bu gün terror riskinin olması yeni xəbər deyil. Bu qarşılaşmaya çoxdan hazırlaşırdıq. Ancaq baş verən hadisənin terror olduğunu da birmənalı şəkildə təsdiqləyə bilməyəcəyəm. Hazırda araşdırma aparılır”. 
 
Ən son məlumata görə, futbolçu xəstəxanadan evə buraxılıb. 
Matç isə bu gün 20:45-da oynanılacaq.
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022