• cümə, 29 Mart, 18:39
  • Baku Bakı 14°C

“Parlaq Zəka” 1/2 mərhələsinin ilk oyunu keçirildi

07.07.15 18:33 1916
“Parlaq Zəka” 1/2 mərhələsinin ilk oyunu keçirildi
“Parlaq Zəka” intellekt şousu 1/2 mərhələsinin ilk oyunu keçirilib. Bu həftə tamaşaçılar zəkaların şans oyununda “Uinston Çörçill” mövzusunda olan mübarizələrini izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Tərlan Əsədli, sarı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Günəş Nağıyeva, yaşıl yolda isə Bakı Dövlət Universitetinin tələbəsi Anar İsmayılov mübarizə aparıb. Bu görüşün qalibi və finala vəsiqə qazanan Anar İsmayılov olub. Layihə rəhbəri Aydın Piriyev oyun barədə fikirlərinin bölüşüb: “Artıq final mərhələnin astanasındayıq. Artıq bundan sonra həyəcan daha çox hiss olunacaq. Cavab variantları arasında tərəddüdlər, hiss və həyəcan. Daimi tamaşaçılar bu anları qaçırmasın. Bundan sonrakı oyunlarda hər kəsə uğurlar”.
Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün “Parlaq Zəka” intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

banner

Oxşar Xəbərlər